×
A
A
A
Sazlamalar

Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən yeddi nəfərdən birinin cəsədi tapılıb

İstanbul, 19 iyul, AZƏRTAC 

Türkiyənin Düzce şəhərinin Akçakova rayonunda baş vermiş torpaq sürüşməsi və sel nəticəsində itkin düşən yeddi nəfərdən birinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, hadisədən zərərçəkən 219 nəfər helikopterlər vasitəsilə xilas edilib.
İtkin düşmüş digər altı nəfərin axtarışı davam edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-19 16:05:00