Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti qanvermə aksiyasında fəal iştirak edib

Bakı, 19 iyul, AZƏRTAC 

Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə Mərkəzi Qan Bankının Quba bölməsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün keçirilən qanvermə aksiyasında Quba Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada səhhəti imkan verən polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını bir daha nümayiş etdiriblər. Keçirilən xeyriyyəçilik tədbiri aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Sosial 2019-07-19 16:02:00