×
A
A
A
Sazlamalar

Cüdoçumuz açıq Asiya kuboku yarışlarının finalında mübarizə aparacaq

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan cüdoçusu Şahin Qəhrəmanov Qazaxıstanın Aktau şəhərində keçirilən açıq Asiya kuboku yarışlarının finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü finalda koreyalı Jinsu Kangla qarşılaşacaq.
Daha əvvəl təmsilçimiz Yaşar Nəcəfov (60 kq) yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.
Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.

 

İdman 2019-07-19 15:27:00