×
A
A
A
Sazlamalar

Biləsuvar rayon sakinindən altı kiloqrama yaxın narkotik vasitə götürülüb

Bakı, 19 iyul, AZƏRTAC 

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini P.İsmayılovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 330 qram heroin və 540 qram metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Mehdiabad qəsəbəsində kirayədə yaşadığı evdən isə 2 kiloqram 443 qram heroin, 572,682 qram metamfetamin və 3 kiloqram 245 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-07-19 15:15:00