×
A
A
A
Sazlamalar

Sərbəst güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşırlar

Bakı, 19 iyul, AZƏRTAC

Sərbəst güləş üzrə yığma komandamız növbəti təlim-məşq toplanışına start verib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 20-yə yaxın sərbəst güləşçi Göygöl Olimpiya İdman Kompleksində hazırlığa başlayıb. Avqustun 4-dək davam edəcək toplanışda əsasən fiziki hazırlığa diqqət yetiriləcək.
Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrda Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

 

İdman 2019-07-19 15:13:00