×
A
A
A
Sazlamalar

Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı avtobusla ilk daşımalara başlanılıb

Bakı, 19 iyul, AZƏRTAC

XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn İspan atletləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Atletlər kəndinə gətirilib.
Qeyd edək ki, qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd “Neoplan” avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib.

 

Nəqliyyat 2019-07-19 15:04:00