×
A
A
A
Sazlamalar

Biofizika İnstitutunda beynəlxalq elmi jurnallarda məqalələr dərc etdirilməsinə dair tövsiyələr dinlənilib

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr, “yırtıcı” nəşrlərdən necə qorunmalı, “Web of Science” platformasının axtarış imkanları” mövzusunda maarifləndirici seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Biomolekulların strukturu, dinamikası və funksiyası” laboratoriyasının elmi işçisi, AMEA-nın Fizika İnstitutunun dissertantı Arzu Aydəmirova məruzə ilə çıxış edərək iştirakçılara “Web of Science” sistemindən səmərəli istifadə qaydaları haqqında ətraflı məlumat verib.
Tədbirdə platformaya daxil olan elmi məqalələrin axtarılması və təqdim edilmə yolları əyani şəkildə nümayiş olunub.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2019-07-19 13:50:00