×
A
A
A
Sazlamalar

Moskvadan Yerevana uçan təyyarədə baş verən tüstülənmənin səbəbi məlum olub

Moskva, 19 iyul, AZƏRTAC

Moskvanın Şeremetyevo aeroportunda Moskvadan Yerevana uçan təyyarədə tüstülənmə hidravlik buxarın və yağın kondensasiya sisteminə düşməsi üzündən baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Təhqiqat Komitəsi Regionlararası Nəqliyyatda Təhqiqat İdarəsinin nümayəndəsi məlumat verib. O bildirib ki, “Nordwind” aviaşirkətinə məxsus təyyarə göyə qalxan zaman par və yağ kondensasiya sisteminə və oradan da salona düşüb. Təyyarədə yanğın baş verməyib.
Hadisə ilə bağlı təhqiqat davam edir.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2019-07-19 13:29:00