×
A
A
A
Sazlamalar

Tom Kruz “Sərrast atıcı 2” filminin treylerini təqdim edib

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da amerikalı kinoaktyor Tom Kruz San-Diyeqo şəhərində (Kaliforniya) keçirilən “Comic-Con” beynəlxalq festivalında “Sərrast atıcı 2” kəskin süjetli filmi təqdim edib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, ekran əsəri 1986-cı ildə çıxmış “Sərrast atıcı” filminin davamıdır.
“Biz ABŞ-ın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edirik. Mən sizinlə qırıcı təyyarədə uçmağın nə demək olduğunu bölüşmək istərdim”, - deyə aktyor bildirib.
Filmin qəhrəmanı hər zaman olduğu kimi qara gödəkcədə gözünə eynək taxaraq motosikletlə təyyarəni ötməyə çalışır.
Filmin premyerasının 2020-ci il iyunun 26-da keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət 2019-07-19 13:15:00