×
A
A
A
Sazlamalar

İstanbul hava limanında xeyli sayda silah-sursat ələ keçirilib

İstanbul, 19 iyul, AZƏRTAC 

İstanbulun hava limanında ABŞ-dan Türkiyəyə gələn Liviya vətəndaşının çantasından 80 ədəd silah və xeyli sayda silah hissələri aşkarlanaraq götürülüb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan şəxs və onun üzərindən götürülənlər aidiyyəti qurumlara təhvil verilib.
Türkiyəyə qanunsuz yollarla gətirilən silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə ölkənin polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-07-19 13:13:00