×
A
A
A
Sazlamalar

Qubada keçirilən humanitar aksiyada 200-ə yaxın donor könüllü qan verib VİDEO

Quba, 19 iyul , Elxan Yusifli, AZƏRTAC

Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qanvermə aksiyasında 200 nəfərə yaxın donor qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının Quba bölməsində keçirilən humanitar aksiyada xüsusi tibb briqadasının həkim-hematoloqları Mərkəzi Rayon Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Səhər saatlarından başlayan qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak ediblər. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Regionlar 2019-07-19 13:10:00

Video