×
A
A
A
Sazlamalar

AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxucular üçün yeni xidmət təqdim edir

Bakı, 19 iyul, AZƏRTAC 

Oxucuların Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) çoxsaylı müraciətləri nəzərə alaraq, “Birgünlük oxucu xidməti”nə başlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, oxucular daim davam edəcək bu xidmətdən yararlana biləcəklər. Onlar şəxsiyyət vəsiqəsi ilə kitabxanaya müraciət edərək, 1 AZN ödəməklə qeydiyyatdan keçib, 1 günlük oxucu kartı əldə edə bilərlər.

Elm və təhsil 2019-07-19 12:50:00