×
A
A
A
Sazlamalar

Maliyyə hesabatları ilə bağlı təlim keçən mütəxəssislərə sertifikatlar təqdim edilib YENİLƏNİB

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən maliyyə hesabatlılığının düzgün aparılması sahəsində təsərrüfat subyektlərinə dəstək göstərilməsi məqsədilə iyulun 15-19-da “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi mövzusunda” təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlığını və davamlığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bunları nəzərə alaraq, Palatanın təşkilatçılığı ilə iyulun 15-dən 19 –dək “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi” mövzusunda 5 günlük təlim təşkil olunub.
Təlimlər “Praysvoterhauskupers”, “Davud Mamedov”, “Deloitte & Touche”, “Barattson” auditor şirkətlərinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən keçirilib.
Daha sonra “Davud Mamedov” MMC-nin direktor-auditoru Davud Məmmədov, “Barattson” MMC-nin direktoru Elşən Rəhimov, “Deloitte & Touche” MMC-nin auditorları Kənan Məmmədli, İlkin Zeynallı, Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri, sərbəst auditor Üzeyir Fətiyev təlimlərin keçirilməsində əsas məqsədin demokratik cəmiyyətin mühüm amili kimi qiymətləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, yeni hesabatvermə formalarının, maliyyə hesabatlılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara öz töhfələrini verməkdən ibarət olduğunu vurğulayıblar.
Təlimdə dövlət və özəl qurumları təmsil edən 42 nəfər mütəxəssis iştirak edib.
Sonda təlimi müvəffəqiyyətlə bitirmiş mütəxəssislərə sertifikatlar təqdim olunub.

Maliyyə 2019-07-19 12:18:00