×
A
A
A
Sazlamalar

Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər

Bakı, 19 iyul, AZƏRTAC 

İyulun 19-da Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, AA, AB, AC, BA və BB qrupları üzrə keçirilən imtahan saat 10-da başlanıb. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verirlər.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün onlayn qeydiyyat bu gün saat 9-da başa çatıb.

Elm və təhsil 2019-07-19 11:54:00