×
A
A
A
Sazlamalar

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibədə 25 namizəd uğur qazanıb

Bakı, 19 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 12 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (57 vəzifə) növünə aid olan 59 vakant vəzifənin tutulması üçün iyunun 28-də başlanan müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 19-u saat 11:30-a olan məlumata görə, müsahibədə iştirak edən namizədlərdən 25-i müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, mayın 16-da elan olunmuş müsahibədə iştirak etmək üçün 264 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 117 namizəd) qeydə alınıb.

Elm və təhsil 2019-07-19 11:44:00