×
A
A
A
Sazlamalar

XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadası növbə çəkəcəklər

Bakı, 19 iyul, AZƏRTAC

Səhiyyə nazirinin müvafiq əmrinə əsasən, XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 təcili tibbi yardım briqadası növbə çəkəcəklər. Bu, ayın 29-na qədər davam edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan əlavə, tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalardan və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər. Əgər yarış iştirakçılarından, yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

 

 

Səhiyyə 2019-07-19 11:06:00