Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüblər
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Türkiyənin Bursa şəhərinə “Yay məktəbi”nə yola düşüblər.
Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, rektor Ceyhun Məmmədov “Yay məktəbi”nə gedən tələbələrə tövsiyələrini verib, ölkəni və institutu layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib.
Rektor tələbələri “Yay məktəbi” müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. Onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.
Daha sonra tələbələr “Yay məktəbi”ndə onlar üçün təşkil edilən proqramın gündəliyi ilə tanış olublar.
Xatırladaq ki, tələbələrə bu müddət ərzində müxtəlif dərslər keçiləcək, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün tarixi abidələrə, məscidlərə ziyarətlər təşkil olunacaq.
“Yay məktəbi” Azərbaycan İlahiyyat İnstitutu, Türkiyənin Təhsil Nazirliyi və Dini İşlər İdarəsi arasındakı razılığa əsasən baş tutacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır