×
A
A
A
Sazlamalar

Şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq

Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan "Sparkassen Chess-Meeting" beynəlxalq şahmat turnirinin beşinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda şahmatçımız Teymur Rəcəbov rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Ötən turda T.Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib. Dörd turdan sonra şahmatçımızın aktivində 2,5 xal var.

İdman 2019-07-19 10:31:00