×
A
A
A
Sazlamalar

“Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşib

Bakı, 19 iyul, AZƏRTAC
UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümündə mübarizə aparacaq “Qəbələ” komandasının ilk rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək.
Tbilisi təmsilçisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.
Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsilçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

İdman 2019-07-19 06:22:00