×
A
A
A
Sazlamalar

“Qalatasaray” növbəti transferini reallaşdırıb

Bakı, 19 iyul, AZƏRTAC

İstanbulun “Qalatasaray” futbol klubu İngiltərənin “Fulham” komandasından Jean Miçhel Sarini icarəyə götürüb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı afrikalı yarımmüdafiəçi ilə İstanbul təmsilçisi bir illik müqavilə imzalayıb. Növbəti mövsümdə futbolçu “Qalatasaray” klubunda ilinə 2,8 milyon avro qazanacaq.
Qeyd edək ki, İstanbul klubu bu icarəyə görə “Fulham”a 1,5 milyon avro ödəyəcək.

İdman 2019-07-19 03:23:00