×
A
A
A
Sazlamalar

“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov Uesli Soya qalib gəlib

Bakı, 18 iyul, AZƏRTAC
Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin yarımfinal oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli So ilə qarşılaşmada qələbə qazanıb.
Qeyd edək ki, şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

İdman 2019-07-18 21:52:00