Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BƏƏ-də şirkət öz şəxsi smaylını yaradıb

Dubay, 18 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində “Etisalat” telekommunikasiya şirkəti “Birlikdə” mənasını verən özünün şəxsi smaylını yaradıb.
AZƏRTAC xəbər verir ki, üç smaylın birlikdə təsvir edildiyi yeni simvolun yaradılmasından ötrü mobil rabitə operatoru dizaynerlər komandasını cəlb edib, yekun variantın seçilməsi üçün isə Dubayın, Əbu-Dabinin və Şarcənin iri ticarət-əyləncə komplekslərinin ziyarətçiləri arasında səsvermə keçirilib.
Bundan sonra bütün smartfon istifadəçiləri “Unicode Consortium” kodlaşdırmasını tətbiq edərək yeni smaylı qurğularına yükləyə biləcəklər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Dünya 2019-07-18 18:58:00