Belarus sərhədlərindən narkotik daşınmasına cəhd iki dəfə artıb
Minsk, 18 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında Belarus sərhədlərindən narkotik və psixotrop maddələrin daşınmasına cəhdlər iki dəfə artıb.
AZƏRTAC Belarusun Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə narkotik və psixotrop maddələrin daşınmasına görə 307 cəhd olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdu.
Yarım ildə 623 kiloqram narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır