×
A
A
A
Sazlamalar

Nardaran qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb

Bakı, 18 iyul, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi ərazisində nömrəsi silinmiş “İJ-16” markalı tüfəng, “F-1” markalı qumbara və süngü-bıçaq aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini E.Novruzovdan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.

Hadisə 2019-07-18 18:20:00