Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-dakı “Greater Greace Baltimor” kilsəsinin ağsaqqal pastorlarından biri, “Greace hours” radio proqramının rəhbəri Con Love ilə görüşüb.
Dövlət komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə komitənin sədr müavini Səyavuş Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaşların etiqad azadlığı haqqının təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb. Ölkəmizdəki dinlərarası və millətlərarası harmoniyanın dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıran sədr müavini vurğulayıb ki, respublikamızdakı bütün dini icmalara zəruri şərait yaradılıb, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərilir. Sədr müavini bildirib ki, Azərbaycandakı multikultural və birgəyaşayış modeli artıq dünyada nümunə kimi qəbul edilir.
C.Love isə öz növbəsində bildirib ki, Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. O, bu baxımdan Azərbaycanın dünya ölkələri üçün bir örnək olduğunu deyib. Con Love Azərbaycandakı fərqli dinlərin nümayəndələrinin qədim zamanlardan birgə yaşamalarının sevindirici hal olduğunu diqqətə çatdırıb.
Tərəfləri maraqlandıran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda qonaqlara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizə qarşı törədilən vandalizmdən bəhs edən kitablar təqdim olunub.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub