×
A
A
A
Sazlamalar

“S&P Global Platts”: ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Bakı, 18 iyul, AZƏRTAC

Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı geriləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “S&P Global Platts” məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 1039 olub. Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd çoxalaraq 834-ə çatıb. Aktiv qaz qazma qurğularının sayı isə 5 ədəd azalaraq 205-ə düşüb. Qazma qurğularının 1009-u quruda, 3-ü daxili sularda, 27-si isə açıq dənizdədir.
Ötən ilin eyni dövrünə görə, aktiv neft və qaz qazma qurğularının sayı 101 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Dünya 2019-07-18 18:07:00