×
A
A
A
Sazlamalar

Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib

Bakı, 18 iyul, AZƏRTAC

“Education HUB” təşkilatının “İnkişaf zamanı” proqramı çərçivəsində həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” təlimlərinin birinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bir həftə davam edən təlimlər zamanı Azərbaycanın bölgələrindən olan gənclər müxtəlif incəsənət vasitələri – forum teatrı, bir cümlə, sosial video və fotoqrafiya, eləcə də digər sahələr barədə ətraflı biliklər əldə ediblər.
Gənclər incəsənət vasitəsilə sosial inkişafa dəstək üçün müxtəlif layihələr hazırlayıblar.

Sosial 2019-07-18 17:55:00