×
A
A
A
Sazlamalar

Vergilər nazirinin birinci müavini Neftçalada vətəndaşları qəbul edəcək

Bakı, 18 iyul, AZƏRTAC

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov iyulun 24-də Neftçala rayonundakı Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti 35) Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar iyulun 19-22-də Şirvan şəhərində 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Neftçala, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Regionlar 2019-07-18 17:47:00