×
A
A
A
Sazlamalar

Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb

Bakı, 18 iyul, AZƏRTAC 

İyulun 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Qətər Dövlətinin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Əbdüləziz bin Turki Əl-Subaienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Ekologiya 2019-07-18 17:37:00