×
A
A
A
Sazlamalar

Narkotiklərin ziyanı ilə bağlı 2,5 milyon “Azercell” abunəçisinə SMS-bildiriş göndərilib

Bakı, 18 iyul, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən iyulun 9-dan etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə “Azercell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələri göndərilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, həmin məlumatın (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) yer aldığı SMS-lər mərhələli qaydada təqribən 2,5 milyon abunəçiyə ünvanlanıb.

Cəmiyyət 2019-07-18 17:24:00