×
A
A
A
Sazlamalar

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi ilə mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlər zamanı Bərdə rayonunun Bəciravan kəndi ərazisində antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı əməkdaşlar müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunduğu ilə rastlaşıblar.
Sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, pasterizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı aşkar edilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Cəmiyyət 2019-07-18 17:21:00

Video