×
A
A
A
Sazlamalar

Şamaxıda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir. İyulun 26-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Şamaxı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, saat 11:00-da keçiriləcək qəbulda Şamaxı, Qobustan, Ağsu rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaqdır.

Cəmiyyət 2019-07-18 17:01:00