×
A
A
A
Sazlamalar

“Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihə həyata keçiriləcək

Bakı, 18 iyul, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları “Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihədə iştirak etməyə dəvət edir.
AZƏRTAC xəbər verir ki, layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.
Layihəyə görə uşaq və yeniyetmələr, valideynləri ilə birgə oxuduqları kitablardan birinə rəsm çəkməlidirlər. Təqdim edilən rəsm əsərləri kitabxananın oxu zalında sərgilənəcək.
Layihədə iştirak edən uşaqlara, yeniyetmələrə və valideynlərə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.

Mədəniyyət 2019-07-18 17:01:00