×
A
A
A
Sazlamalar

“Trikolor TV” televiziya operatoru tamaşaçılara öz seriallarını təqdim etməyi planlaşdırır

Bakı, 18 iyul, AZƏRTAC

Peyk televiziya operatoru “Trikolor TV” öz sistemində bölmə yaradaraq şəxsi serialların çəkilişləri ilə məşğul olacaq.
AZƏRTAC xəbər verir ki, online kinoteatrın təşkili cari ilin oktyabr ayına təsadüf edəcək.
“Biz qərara gəldik ki, müştərilərimiz üçün öz seriallarımızı çəkək. Bunun üçün Rusiya və xarici ölkələrdəki istehsalçılarla danışıqlar aparırıq”, - deyə kompaniyanın baş direktorunun müavini Andrey Nesterov müxbirlərə müsahibəsində deyib.
Məlumatda kompaniyanın nəinki öz müştərilərinin, eyni zamanda, online kinoteatr yaratmaqla bütün tamaşaçıların tələbatının ödənilməsinə çalışacağı bildirilir.
Qeyd edək ki, “Trikolor TV” Rusiya Federasiyasında öndə olan ödənişli televiziya operatorudur.

 

Mədəniyyət 2019-07-18 16:48:00