×
A
A
A
Sazlamalar

Sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi problemləri müzakirə olunub

Bakı, 18 iyul, AZƏRTAC 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi problemləri müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin əməkdaşı Lalə Zeynalova “Sosial şəbəkələrin köməyi ilə təhsilin fərdiləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial şəbəkələrin köməyi ilə fiziki qüsurlu insanlar həmyaşıdları ilə qarşılıqlı əlaqə qura bilmək, təhsil üçün lazım olan informasiyanı almaq, həmçinin asudə vaxt keçirmək imkanı əldə edirlər. İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesidir. Bu təhsil sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını təmin edir.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Elm və təhsil 2019-07-18 16:46:00