Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cari ildə 58 yaşayış məntəqəsi və 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur

Bakı, 18 iyul, AZƏRTAC

Bu il “Azəriqaz” İstehsalat Birliyi respublikanın 38 inzibati rayonunda qazlaşdırılma işlərinə başlayıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, cari ildə regionlarda 58 yaşayış məntəqəsinin, 27 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Ağcabədi, Ağsu, Beyləqan, Gədəbəy və İsmayıllı rayonlarının 14 kəndində mart-iyul aylarında qazlaşdırma tam başa çatıb və ümumilikdə 2569 fərdi ev qazla təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli Fərmanı ilə regionlarda qazlaşdırılma tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 53,5 milyon manat vəsait ayrılıb. İstismara hazır olan məntəqələr (kənd və qəsəbələr) barədə mütəmadi olaraq məlumatlar veriləcək.

Neft - qaz 2019-07-18 16:40:00