×
A
A
A
Sazlamalar

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

Bakı, 18 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (AZPROMO) tərəfindən mikro, kiçik və orta sahibkarlara göstərilən informasiya, məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə xidmətlərindən indiyədək yüzlərlə sahibkar yararlanıb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Xaçmaz rayonunun Nərəcan kəndində bağçılıqla məşğul olan Məhərrəm Ələsgərov agentliyin informasiya və məsləhət xidmətlərindən istifadə edərək bağçılıq təsərrüfatını genişləndirən sahibkarlardandır.
Sahibkar M.Ələsgərov deyib: “Bağçılıq təsərrüfatımı genişləndirmək üçün maliyyə dəstəyinə ehtiyacım var idi. Xaçmaz “KOB Dostu” məni dövlətin güzəştli kreditləri, bunun üçün lazım olan sənədlər barədə ətraflı məlumatlandırdı və dəstək göstərdi. Dövlətin güzəştli krediti hesabına bağçılıq təsərrüfatımı genişləndirmişəm”.

İqtisadiyyat 2019-07-18 16:19:00