Peşə Təhsil Mərkəzinin tələbələri kulinariya çempionatında iştirak edirlər
Bakı, 18 iyul, AZƏRTAC
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin usta və tələbələri Dünya İslam Kulinariya Konqresi çərçivəsində keçirilən II Beynəlxalq İslam Kulinariya Çempionatında iştirak edirlər.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, istehsalat təlim ustası Xanım Mirzəyeva, aşpaz və qənnadçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələrdən Rafiq Əşrəfov, Rəna Orucova, Eldəniz Şahbazov və İndira Muxamədiyeva bu yarışlara qoşulublar.
Qeyd edək ki, Dünya İslam Kulinariya Konqresi Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda keçirilir.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır