×
A
A
A
Sazlamalar

Yeni mənzillər təbii qazla təmin olunub

Bakı, 18 iyul, AZƏRTAC

102 mənzil və 57 fərdi yaşayış evi istismara qəbul olunub. Mənzil Tikinti Kooperativləri üzrə (MTK) 193 yeni abonentə kod, 81 abonentə kart açılıb, 72 abonentlə təbii qazın alqı-satqı müqaviləsi bağlanıb. Qeyri-əhali sektoru üzrə 13 yeni obyektə rəy, 7-nə isə qaz verilib. MTK-larda qazın verilməsi üçün 9 ərizə qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-07-18 15:29:00