×
A
A
A
Sazlamalar

Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib

Bakı, 18 iyul, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Routes Silk Road Networking - 2019” MDB və Asiya regionu üzrə beynəlxalq aviasiya forumu keçirilib. Forumda Heydər Əliyev Beynəlxalq Aeroportu “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə iştirak edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, tədbirdə aviaşirkətlər və aeroportlar arasında yeni istiqamətlərin açılması və inkişaf etdirilməsi, aviasiya sahəsində işgüzar əlaqələrin qurulması və möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub.

Nəqliyyat 2019-07-18 15:30:00