×
A
A
A
Sazlamalar

İran Fars körfəzində qaçaq yanacaq dolu tankeri saxlayıb

Bakı, 18 iyul, AZƏRTAC

İran İnqilab Keşikçiləri Korpusunun katerləri Fars körfəzində üzən və rəsmi Tehranın iddia etdiyinə görə, qaçaq xam neftlə dolu olan tankeri saxlayıblar. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Press TV telekanalı yayıb.
Bildirilir ki, tankerin hansı ölkəyə məxsus olması barədə xəbər verilmir. Böyük Britaniyanın Suriyaya neft daşıyan İran tankerini saxlaması insidentindən sonra son hadisənin İranla ABŞ arasında gərginliyi daha da artıracağından ehtiyat edilir.

Dünya 2019-07-18 15:09:00