×
A
A
A
Sazlamalar

Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Ursula Fon der Lyayenə

Hörmətli xanım Fon der Lyayen,

Avropa Komissiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2019-cu il.

Məktublar 2019-07-18 14:56:00