×
A
A
A
Sazlamalar

Zaqatalada 1250 arıçıya subsidiya veriləcək

Zaqatala, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 288 min 250 manat subsidiyanın verilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, arı ailələri identifikasiya kodu ilə təmin edilib və müvafiq sənədlər baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.
Xatırladaq ki, ötən il Zaqatala rayonu üzrə arıçılıqla məşğul olan 1190 nəfərə saxladıqları 29 min 113 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 291 min 130 manat subsidiya ödənilmişdi.

Kənd təsərrüfatı 2019-07-18 14:41:00