×
A
A
A
Sazlamalar

Avropanın qlobal peyk naviqasiya sisteminin fəaliyyəti bərpa olunub

Bakı, 18 iyul, AZƏRTAC

Avropanın qlobal peyk naviqasiya sistemi “Galileo”nun fəaliyyəti bərpa olunub. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “Galileo” Avropa Xidmət Mərkəzinin operatoru yayıb. Bildirilir ki, naviqasiya sisteminin nasazlığı aradan qaldırılıb və onun işindəki mümkün problemlər barədə əlavə məlumat veriləcək.
Qlobal peyk naviqasiya sistemi “Galileo” iyulun 11-də texniki problemlər səbəbindən fəaliyyətini dayandırmışdı. Lakin bu nasazlıq SAR axtarış-xilasetmə xidmətinə təsir etməyib. BU xidmət çətin vəziyyətdə olan və ya itkin düşmüş şəxslərin axtarılıb tapılmasında istifadə olunur.
Xatırladaq ki, Avropa Kosmik Agentliyi tərəfindən Avropa İttifaqının Sputnik naviqasiyasında Amerikanın GPS və Rusiyanın GLONASS sistemlərindən asılılığının aradan qaldırılmasını təmin etmək üçün yaradılan “Galileo” sisteminə 10 milyard avro xərclənib. Hazırda bu sistem çərçivəsində hərəkət edən peyklərin sayı 22-yə çatıb. Bu proqram çərçivəsində kosmosa ümumilikdə 30 aparat buraxılıb.

Dünya 2019-07-18 14:23:00