×
A
A
A
Sazlamalar

“Sumqayıt tələbələri” İctimai Birliyi yeni layihəyə start verib

Sumqayıt, 18 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Gənclər Evində “Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında informasiya texnologiyaları vasitəsilə təbliğat aparılması” adlı layihənin təqdimatı olub. Layihəni “Sumqayıt tələbələri” İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihənin məqsədi haqqında danışıb. “Hədəfimiz gənclərin ictimai fəallığının artırmaqdır”, - deyən Rüfət Mahmudzadə internet resurslarından səmərəli istifadə edilməsinin və Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğun çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov gənclərin bu istiqamətdə rolu və tarixi abidələrin təbliğinin vacibliyini qeyd edib.
Tarixçi və ekspert, “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının müəllifi Ramil Süleymanov layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.

Regionlar 2019-07-18 14:05:00