×
A
A
A
Sazlamalar

Vüsal Hüseynov: Bu ilin altı ayında Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı artıb

Bakı, 18 iyul, AZƏRTAC 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin altı ayında ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanların sayında 0,4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 18-də Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
V.Hüseynov bildirib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının hərtərəfli inkişafı təmin edilib, məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulub, şəffaflıq və vətəndaş məmnunluğunun artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib.

Sosial 2019-07-18 14:02:00