×
A
A
A
Sazlamalar

Ekologiyaya qayğı: Nigeriya məktəblərində təhsil haqqını plastik kütlə ilə ödəyəcəklər

Bakı, 18 iyul, AZƏRTAC

Nigeriyada ətraf mühitin qorunması üzrə qeyri-kommersiya təşkilatında “RecyclesPay” adlı yeni layihə hazırlanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Laqosda aşağı gəlirli ailələrdən olan mindən çox uşaq öz təhsil haqqını ödəmək üçün yeni imkan qazanıb: illik təhsil haqqını (təqribən 50 dollar) ödəmək üçün təqribən 870 kiloqram plastik kütlə təhvil vermək lazımdır.
Ekologiya təşkilatının rəhbəri ümid edir ki, təhsil haqqının ödənilməsinin bu variantı həm ölkədə savadlılıq səviyyəsini artırmağa kömək edəcək, həm də Nigeriya sakinləri plastik tullantıları utilləşdirməyə öyrəşəcəklər.

Ekologiya 2019-07-18 13:18:00