×
A
A
A
Sazlamalar

Odessada ağır yol-nəqliyyat hadisəsi baş verib

Kiyev, 18 iyul, AZƏRTAC
İyulun 18-də Odessa-Reni şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azı 4 nəfər həlak olub. Ölənlərdən biri uşaqdır.
Qəzanın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-07-18 13:14:00