×
A
A
A
Sazlamalar

“Marvel” qəhrəmanı Tor haqqında film çəkiləcək

Bakı, 18 iyul, AZƏRTAC

Rejissor Tayka Vaytiti “Marvel” qəhrəmanı Tor haqqında film çəkəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Tor superqəhrəmanı german-skandinaviya mifologiyası əsasında yaradılan bir Allah obrazıdır.
Məlumatda bildirilir ki, T.Vaytiti bundan öncə 2021-ci ildə işıq üzü görəcək “Akira” adlı film üzərində işləyirdi. Rejissor Tor haqqında filmini çəkdikdən sonra yenidən “Akira” ekran əsərinə qayıdacaq.

 

Mədəniyyət 2019-07-18 13:05:00