Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir

Kann, 18 iyul, AZƏRTAC

Azərbaycan xalçaları əsrarəngizdir. Bu sərgi çox gözəldir. Xalçalar, onların naxışları, eləcə də rənglər seçimi yüksək səviyyədədir. Xalça məktəblərinə, xalça toxunmasına dair nümayiş olunan filmi çox sevdim. Film bu sənətin ən xırda detalları haqqında da məlumat verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil olunmuş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin ziyarətçisi Mişel Svierçevski (Michel Swierczewski) bildirib.
Qeyd edib ki, Bakıda səfərdə olub. Heydər Əliyev Fondu ilə birlikdə Azərbaycan musiqisi ilə bağlı Fransada layihələrin həyata keçirilməsində çalışıb. Qara Qarayevin əsərlərinə həsr edilmiş film və disk işıq üzü görüb və onlar böyük maraqla qarşılanıb. Azərbaycan musiqisini çox sevir və bu gün Azərbaycan xalçalarına da heyran olub.
“Azərbaycana səfər edəndə xalça muzeyi tikilirdi. Bu sərgi xoş xatirələrimi oyatdı. Qədim xalq sənətinin qorunub saxlanması, onun innovasiyalar vasitəsilə yenidən canlandırılması vacibdir. Sərgidə nümayiş olunan xalçaların motivləri çox gözəldir”, -deyə M. Svierçevski vurğulayıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Kann

Mədəniyyət 2019-07-18 13:07:00